Müdafiə Nazirliyi Paşinyanın dediklərini təkzib etdibackend

Müdafiə Nazirliyi Paşinyanın dediklərini təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi son üç gündə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın üç əsgərinin öldürülməsinə münasibət bildirib.

İnterpress.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: \”Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır\”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

İnterpress.az