Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTObackend

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Ufuk Turganer Azərbaycan Türkiyə Evinin (ATEV) qonağı olub.

İnterpress.az xəbər verir ki, qonağı ATEV sdəri Tənzilə Rüstəmxanlı qəbul edib.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və bir sıra məsələlər müzakirə olunub.

ATEV sədri görüş zamanı U.Turganerin Azərbaycan və Şimali Kipr Türk Respublikasının mədəni əlaqələrində böyük xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dövlətlərarası mədəniyyətin yüksəlişi fonunda xidmətlər göstərmək damarlarında türk qanı axan hər bir şəxs üçün qürurvericidir.

Görüşdə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyəti də müzakirə olunub. Eyni zamanda, gələcəkdə də ATEV ilə birlikdə əməkdaşlıq fəaliyyətlərinin genişlənməsindən də söz açılıb.

U.Tunganer də səmimi görüş yaratdığı üçün ATEV sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib. Bildirib ki, Şimali Kipr – Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. O, qarşılıqlı olaraq hər iki ölkədə mədəni-kütləvi tədbirlərin və görüşlərin tez-tez keçirilməsi zəruriliyini vurğulayıb.

İnterpress.az

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO

Tənzilə Rüstəmxanlı Ufuk Turganeri qəbul edib – FOTO