“Qarşı tərəfin istintaqdan narazı qalmasına əsas yoxdur” – Orxan Mansurzadəbackend

“Qarşı tərəfin istintaqdan narazı qalmasına əsas yoxdur” – Orxan Mansurzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzNews.az-a açıqlamasında bildirib ki, Asim Qasımovun istintaqın gedişi və hadisənin təfərrüatı ilə bağlı verdiyi açıqlaması həqiqəti əks etdirmir:

“Qarşı tərəf Ravil Qasımovun toydan içkili çıxdığını iddia edir. Bu məsələ həqiqətdən uzaqdır. Qəza baş verən günü müstəntiq hadisə yerinə gedib və orada təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirib. Faktla bağlı dərhal cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Ravil Zeynalovun barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırma zamanı Ravil müstəntiq tərəfindən tibbi müayinədən keçirilib və onun sərxoş olmadığı təsdiqlənib. Hazırda istintaq gedir. Ona görə də qarşı tərəfin istintaqın gedişindən narazı qalması üçün əsaslı və ciddi səbəb yoxdur”.

Qeyd edək ki, avqustun 12-də maşınla vurularaq hadisə yerində ölən Qabil Qasımovun qardaşı Asim Qasımov “Qafqazinfo”ya müraciət edərək Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən qəzayla bağlı aparılan istintaqın gedişindən narazı olduğunu bildirib. O, hadisəni törədən Biləsuvar Rayon Polis Şöbəsinin Polisə İctimai Dəstək Xidmətinin mülki əməkdaşı Ravil Zeynalovun həmin vaxt sərxoş olduğunu iddia edib.

İnterpress.az