“Paşinyanın addımları bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir”-  Azay Quliyevbackend

“Paşinyanın addımları bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir”- Azay Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən yazıb.

Azay Quliyev qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı dövlət rəsmisinə yaraşmayan, qeyri-ciddi və küçə ritorikasından kənara çıxmayan son bəyanatı onun təxribatçı mahiyyətindən, diletantlığından və Azərbaycan əsgərinin xofundan qaynaqlanır: \”Oğlu haqqında yaydığı “hərbi xidmət” haqqında ucuz təbliğat xarakterli məlumatlara isə öz ölkəsinin mətbuatı belə rişxənd və kinayə ilə yanaşır.

Paşinyan bu cür davranışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, reallıq hissini itirdiyini, belə mürəkkəb məsələlərdə nə qədər məsuliyyətsiz və səbatsız olduğunu nümayiş etdirmiş oldu. Paşinyan anlamalıdır ki, bu addımları ilə onsuz da dalana dirənmiş sülh danışıqlarına olan son ümidləri də öldürür və bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir.

Münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın danışıqlar prosesini açıq şəkildə pozan bəyanatlarına təcili münasibət bildirərək onu bu cür addımlardan çəkindirməli və məsuliyyətini xatırlatmalıdır\”.

“Paşinyanın addımları bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir”-  Azay Quliyev

İnterpress.az