5-ci sinif şagirdi dərs zamanı dünyasını dəyişdibackend

5-ci sinif şagirdi dərs zamanı dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yekaterinburq vilayətində 5-ci sinif şagirdi dərs zamanı dünyasını dəyişib.

Sverdlovsk prokurorluğu gimnaziya tələbəsinin ölümüylə bağlı araşdırmaya başlayıb.

Prokurorluqdan verilən ilkin açıqlamaya görə, hadisə bu gün baş verib. Qeyd olunur ki, 6-cı dərs vaxtı partaların arasıyla gəzən müəllim şagirdlərdən birinin ağladığını hiss edib. Şagird başında möhkəm ağrı olduğunu deyib. Bundan sonra yoldaşları onu məktəbin tibb məntəqəsinə aparıb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (Publika)

İnterpress.az