Direktorla müəllimlərin saçyoldusu təsdiqləndi – TƏFƏRÜRAT – YENİLƏNİB – VİDEObackend

Direktorla müəllimlərin saçyoldusu təsdiqləndi – TƏFƏRÜRAT – YENİLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə baş verdiyi iddia olunan görüntülər yayılıb. İddiaya görə, məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlər var.

İnterpress.az-ın əməkdaşı məsələ ilə əlaqədar olaraq, sözügedən orta məktəblə əlaqə saxlayıb. Telefonumuza cavab verən orta məktəb direktorunun özünü təqdim etməyən katibəsi əvvəlcə hadisə barədə məlumat vermək istəmədi, daha sonra isə telefonu qışqıraraq söndürdü. Dəfələrlə katibə ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Daha sonra insident baş verən məktəbin digər əlaqə nömrəsi ilə bağlantı yaratdıq. Telefonda cavab verən məktəbin xanım müəllimi olduğunu bildirdi. Özünü təqdim etməkdən çəkinən xanım müəllim əvvəlcə sözügedən məktəbdə heç bir hadisənin baş vermədiyini, görüntülərin isə digər məktəbdə qeydə alındığını desə də, sonradan insidentin elə məhz Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə reallaşdığını təsdiqlədi: \”Görüntülərdə aydın görünür ki, mübahisə və dava direktorla deyil, valdiyenlər arasında baş verib. Burada söhbət direktorla müəllimlər arasında gedən davadan bəhs etmir. Direktor sadəcə şura iclasını keçirirdi. Valideynlər iclasımızı keçirməyə imkan vermədilər\”.

İnterpress.az elm-təhsil ocağı adına yaraşmayan görüntüləri oxuculara təqdim edir: