Xəbər aparıcısı olaraq fəaliyyətimi davam etdirəcəm – Anar Nəcəfli efirə qayıtmasından danışdıbackend

Xəbər aparıcısı olaraq fəaliyyətimi davam etdirəcəm – Anar Nəcəfli efirə qayıtmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Mənə göstərdiyiniz diqqət, sevgi və çoxsaylı təbriklərinizə görə hər birinizə təşəkkür edirəm. Mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm\”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış telejurnalist Anar Nəcəfli ARB televiziyasında aparıcılıq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sadəcə olaraq bundan sonra əsas işi ilə paralel olaraq, həm də, ARB Tv-nin əsas xəbər buraxılışının aparıcısı olaraq fəaliyyətini davam etdirəcək:

\”Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB Tv-nin Xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB Tv-nin rəbərliyinə isə mənə etimad göstərib uzun ildən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm. Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inkişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum. Bir daha hər kəsə təşəkkür edirəm! Var olun!!\”.

Qeyd edək ki, uzun illərdir aparıcılıqdan uzaqlaşan Anar Nəcəfli yenidən efirlərə qayıdıb. O, 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB TV-də xəbərlər proqramına aparıcılıq edəcək.

Səid Qərib
İnterpress.az