Bu gün açılan Ələt-Astara yolu nə vaxta kimi pulsuz olacaq? – RƏSMİbackend

Bu gün açılan Ələt-Astara yolu nə vaxta kimi pulsuz olacaq? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, sürücülər bu gündən etibarən artıq yeni yoldan istifadə edə bilər:

“Artıq Ələtdən Astarayadək İran sərhədi avtomobil yolundan istifadə etmək mümkündür. Yolun ödənişli olub olmaması ilə bağlı hələlik bir qərar yoxdur. Qərar olarsa, ödənişli olması ilə bağlı addımlar atılacaq. Yəni, yolboyu turniketlərin, nəzarət buraxılış məntəqələrinin quraşdırılması və ödənişin təyin olunması və bu kimi işlər”.

\”Yolda sürət həddinin Dövlət Yol Polisi ilə birgə Yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı ilə olacağını bildirib. İlkin olaraq yolda sürət 90-100 km/saat nəzərdə tutulub\” – deyə, mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Bu isə sürücülərin mənzil başına daha tez çatması deməkdir.

İnterpress.az