Azərbaycanda bu müəllimlərin maaşı artırıldıbackend

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UNEC Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiqlənib.

Bu barədə İnterpress.az-a UNEC-dən məlumat verilib.

Qaydalara edilən dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.

Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

İnterpress.az