Məşhur dini ibadətgah satışa çıxarıldı – Otel olacaqbackend

Məşhur dini ibadətgah satışa çıxarıldı – Otel olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lonqvi şəhərində katoliklərə məxsus kilsə ibadət ocağı kimi fəaliyyətinə son qoyacaq.

Artıq bununla əlaqədar olaraq, Lonqvi şəhər Dini Məbədlərə Nəzarət Komitəsi tərəfindən kilsənin inzibati binası satışa çıxarılıb.

Kilsənin fəaliyyətinin ləğv olunmasına səbəb kimi ibadət ocağına gələn inanclıların sayının xeyli sayda az olması göstərilir. Eyni zamanda, kilsənin kommunal xərclərinin ödənilə bilməməsi kilsənin zərərlə işləməsinə gətirib çıxarıb.

Daha çox otel üçün yararlı olan kilsə binasının ilkin satış qiyməti 190 min avro dəyərində təyin olunub.

Qeyd edək ki, bir neçə il bundan öncə də Fransada daha bir dini ibadətgah moda evi kimi fəaliyyətə başlamışdı.

İnterpress.az