Bu ərazidə yerləşən evlər və obyektlər plana düşür – VİDEObackend

Bu ərazidə yerləşən evlər və obyektlər plana düşür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədər ciddi tədbirlər həyata keçiriləcək.

Ilk olaraq ərazinin bir neçə dəfə genişləndirilməsi nəzərdə tutulur.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ərazinin genişləndirilməsində əsas məqsəd daha çox sərmayənin cəlb edilməsi, iş yerlərinin sayının artırılmasıdır.

Bununla bağlı yaradılacaq İşçi qrup siyahını müəyyən etdikdən sonra yaşayış yerləri və obyektlər digər ərazilərə köçürüləcək.

Vüqar Bayramovun sözlərinə görə, obyektlərin siyahısı ilin sonuna kimi dəqiqləşə bilər. Bu prosesə xarici şirkətlərin də cəlb ediləsi mümkündür.

Qeyd edək ki, kompensasiyanın məbləği obyektlərin siyahısı dəqiqləşəndən sonra məlum olacaq.

İnterpress.az