Putin Kadırova milyardlıq şirkət BAĞIŞLADIbackend

Putin Kadırova milyardlıq şirkət BAĞIŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırovun 2015-ci ildə etdiyi xahiş Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən yerinə yetirilib.

İnterpress.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “Çeçennefteximprom” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin Çeçenistan Respublikasına verilməsi barədə fərman imzalayıb.

Bununla da, Çeçenistanda yerləşən ən böyük neft-kimya sənaye kompleksi respublikanın tabeçiliyinə verilib.

Sözügedən ASC-yə isə 1113 neft və qaz quyuları, 11,6 min hektarlıq ərazi, iki neft emalı zavodu, təmir müəssisələri, neft hasilatı avadanlığı, dörd neft bazası və ümumi uzunluğu 500 kilometrdən çox olan boru xətləri məxsusdur.

Qeyd edək ki, Kadırov 2015-ci ilin sonunda Putinə müraciət edərək “Çeçennefteximprom”un Çeçenistana verilməsini xahiş etmişdi.

İnterpress.az