Polis “Ayfon”nun sayəsində sağ qaldı – İnanılmazbackend

Polis “Ayfon”nun sayəsində sağ qaldı – İnanılmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pattaya şəhərində restoranların birində həmkarı ilə nahar edən Bayonq elə orada baş verən əlbəyaxa davaya müdaxilə etməli olub.

Belə ki, doğum gününü qeyd edən yerli mafiya liderlərindən biri restoran əməkdaşı olan xanımla mübahisə etməyə başlayıb.

Polisin qadını müdafiə etdiyini görən mafioz öz tapançası ilə polisə iki dəfə atəş açıb.

Güllələrdən biri Banyonqun qoluna, digəri isə cibindəki \”Ayfon”a dəydiyindən o, ciddi xəsarət almaqdan son anda xilas olub.

Mafiya liderinin isə zərərsizləşdirildiyi deyilib. (axar.az)

İnterpress.az