Bakıda Beynəlxalq Jazz Festivalı çərçivəsində “Trio Initiatives” qrupunun konserti təşkil olunacaqbackend

Bakıda Beynəlxalq Jazz Festivalı çərçivəsində “Trio Initiatives” qrupunun konserti təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 oktyabr tarixində, saat 20.00-da, Bakıda, Beynəlxalq Jazz Festivalı çərçivəsində, Rotunda Jazz Club-da Trio Initiatives qrupunun konserti təşkil olunacaq. Bu konsert Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən, Landmark Hotelin əməkdaşlığı ilə birgə təqdim olunur.

Fransanın Azərbaycandakı səfirliyindən musavat.com-a verilən məlumata görə, Jan-Kristof Şole (fortepiano) yeni trio üçün Qildas Boklen (kontrabas) və Simon Berniye (baraban) ilə ifa edəcəklər.

Aydın istəklə, öz musiqisi üçün yeni istiqamət kəşf etmək məqsədi ilə, bu nəsillər-arası qörüşdən ilhamlanaraq, o, qərara alır ki, öz yaradıcılıq axtarışlarını daha müasir bədii cərəyana yönəltsin. Şərait üç sənətçiyə öz müsiqilərini qarşılaşdırmağa, ənənəni, birlikdə olmanı və təşəbbüsləri birləşdirib, özlərinə məxsus stillərini yaratmağa imkan verir.
Bu sadəcə pianistin müşaiyəti ilə olan bir ritm-seksiya deyil, bu üç nəfərin həqiqi yoldaşlığıdır. Yazılı və improvizəli əsərlər öz tarazlıqlarını tapacaq və hər kəsi sərbəst ifadəyə, açıq mühitə buraxacaqdır.

Biletlər iTicket.az saytında 15 sentyabr tarixindən satışa çıxarılacaq. Qiymətlər 15-25 AZN arasında olacaq.

https://iticket.az/

https://www.bakujazzfestival.com/

İnterpress.az