Azərbaycanlı idmançı alman hakimlərin haqsızlığından şikayətçidirbackend

Azərbaycanlı idmançı alman hakimlərin haqsızlığından şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtında mövsümün növbəti Karate 1 Premyer Liqa turniri, həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış baş tutub. Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıblar. Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən (idmançının ittia etdiyinə görə —red.) mükafatsız qalıb.

İnterpress.az xəbər verir ki, idmançı ona edilən haqsızlıq haqqında Sputnik Azərbaycan-a danışıb. Yarışa çox ciddi hazırlaşdığını bildirib: “Bu yarış Tokio 2020 olimpiya oyunlarına lisenziya qazanmaq üçün karate üzrə birinci xal qazandıran yarış idi. Bizim üçün çox əhəmiyyətli idi. Çünki olimpiadaya lisenziya qazanmaq üçün idmançılara yeni reytinq balları verirdi. Bu liqa yarışları Dünya çempionatı ilə eyni səviyyədə olan yarışdır və ən reytinqli idmançılar çalışırlar ki, bu yarışlarda iştirak edərək uğur qazansınlar\”.

İdmançı qeyd edib ki, yarışda 4 qələbə qazanıb və finala çıxışda məğlub olub: \”Finala çıxışda Gürcüstan idmançısına məğlub oldum, daha sonra üçüncülük uğrunda mübarizəyə qoşuldum. Burada da məni alman idmançı gözləyirdi. Ev sahibi olmaları, eyni zamanda Almaniya komandasının heç bir medalının olmaması bizim qarşılaşmaya təsir etdi. Hakimlər birbaşa olaraq idmançının tərəfində idilər. Onun atdığı hər zərbəyə xal verirdilər. Bir sözlə, haqsızlıq nəticəsində bürünc medal qazana bilmədim və yarışın beşincisi olaraq qarşılaşmanı bitirdim”.

“Oktyabr ayında Yaponiyada lisenziyaya xal qazandıran daha bir yarış keçiriləcək. Ruhdan düşmürük və ona hazırlaşırıq. Məşqçilərimə söz vermişəm ki, Yaponiyadan medalla geri dönəcəm. Var gücümlə Yaponiyada keçiriləcək Tokio 2020 olimpiya oyunlarına vəsiqə qazanmaq üçün çalışıram\” – deyə idmançımız qeyd edib.

İnterpress.az