Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə   Video  

Tanınmış azərbaycanlı jurnalistin həyat yoldaşı qətlə yetirildi - FOTO - VİDEO

Azərbaycanlı jurnalistin həyat yoldaşı qətlə yetirildi.

Dərc edilib: 20 sentyabr 2018 [00:35]
Baxış sayı: 29639

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib.

İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. O, Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

Başından və ürəyindən güllə yarası alan İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, "Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır.

İnterpress.az
Tanınmış azərbaycanlı jurnalistin həyat yoldaşı qətlə yetirildi - FOTO - VİDEO












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134