İlyas İsmayılov oğlunun qətli barədə AÇIQLAMA VERDİbackend

İlyas İsmayılov oğlunun qətli barədə AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Ədalət\” partiyasının sədri bu barədə Teleqraf.com-a danışıb.

Azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb.

Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İş adamına silahla atəş açaraq hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin tutulması üçün polis əməliyyatlara başlayıb.

İnterpress.az qeyd edir ki, Türkiyə mətbuatı Etimad İsmayılovla Gözəl Dəmirov arasında pul mübahisəsi olması barədə ehtimallar səsləndirib.

Ədalət Partiyasının sədrinin oğlu uzun müddətdir ki, Türkiyədə biznes fəaliyyətilə məşğul olurdu.

Məlumatlara görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir.

O, Türkiyədə böyük biznesə sahibdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

İnterpress.az