Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


ABŞ Türkiyənin düşmənlərini terror siyahısından çıxarıb

İran, Sudan, Suriya və Şimali Koreya terroru dəstəkləyən ölkələr kateqoriyasına daxil edilib

Dərc edilib: 20 sentyabr 2018 [11:52]
Baxış sayı: 2343

ABŞ Dövlət Departamenti (DD) 2017-ci ildə dünya ölkələrinin terrorizmlə mübarizəsinə dair hesabatını yayımlanıb. İnterpress.az xəbər verir ki, sənəd "Terrorizm-2017: ölkələr hesabatı" adlanır.

Hesabatın Türkiyə bölümündə Fətullahçı Terror Təşkilatından (FETÖ) söz açılıb. PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG ilə bağlı hissə isə hesabatdan çıxarılıb. Hansı ki, keçən il hesabatda həmin qruplar terror təşkilatı kimi təqdim olunmuşdu.

Bununla yanaşı, hesabatda Türkiyənin beynəlxalq terrorizmlə mübarizədə fəal rol oynadığı vurğulanıb. Qeyd olunub ki, İŞİD-ə qatılmaq üçün ölkəyə daxil olmaq istəyən 145 ölkədən ümumilikdə 53781 nəfərə Türkiyəyə giriş qadağası tətbiq edilib. Terror qrupları ilə əlaqəli olduğu təsbit edilən 5 min 446 nəfər isə Türkiyədən deportasiya edilib.

Hesabatda dünya miqyasında həyata keçirilən terror hücumlarının 23 faiz azaldığı bildirilib. Terror hücumları nəticəsində baş verən itkilərin də 27 faiz azaldığı vurğulanıb.

Sənəddə terrorçuluğu dəstəkləyən ölkələr bölümü yer alıb. Bura İran, Sudan, Suriya və Şimali Koreya daxildir. (sputnik.az)

İnterpress.az












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134