Dağıstanda qəza: sürücülərdən biri azərbaycanlıdırbackend

Dağıstanda qəza: sürücülərdən biri azərbaycanlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Dağıstanda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillərdən birinin sürücüsü azərbaycanlı olub.

İnterpress.az xəbər verir ki, hadisə zamanı dörd nəfər xəsarət alıb.

Qəza Qızılyurd rayonunun Kulzeb kəndində baş verib. Qayakənd rayonu Pervomaysk kəndinin 27 yaşlı sakininin idarə etdiyi “VAZ-2114” markalı avtomobillə Azərbaycan Respublikasının Yevlax rayonunun 36 yaşlı sakininin idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub.

Hadisə zamanı “VAZ-2114”ün sürücü və sərnişinləri xəsarət alaraq, xəstəxanalara yerləşdiriliblər. Qəzanın “VAZ-2114”ün sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində baş verdiyi bildirilib. (oxu.az)

İnterpress.az