Qətlə yetirilən azərbaycanlı iş adamının cənazə namazı qılındı – FOTObackend

Qətlə yetirilən azərbaycanlı iş adamının cənazə namazı qılındı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İstanbulda qətlə yetirilən iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov üçün Türkiyədə cənazə namazı qılınıb.

İnterpress.az xəbər verir ki, mərasimdə Türkiyənin media qurumunun rəhbərləri, iş adamları, dostları, eləcə də müvafiq dövlət qurumlarının rəsmi nümayəndələri iştirak edib.

Cənazə mərasimi Türkiyə dövləti tərəfindən çox böyük sayğı ilə təşkil olunub.

İstanbul valisi Vasip Şahin də cənazə mərasimində iştirak edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təhlükəsizlik təmin edilib.

Qeyd edək ki, mərhumun cənazəsi bu axşam Azərbaycana gətiriləcək və sabah Nardaran qəbiristanlığında dəfn olunacaq. ( yenicag.az )

Qətlə yetirilən azərbaycanlı iş adamının cənazə namazı qılındı - FOTO

İnterpress.az