“Ermənilər Azərbaycan prezidentinin söylədiyi reallığı qəbul edirlər” – Deputatbackend

“Ermənilər Azərbaycan prezidentinin söylədiyi reallığı qəbul edirlər” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın fikrincə, bu cür qüdrətli ordusu və əsgəri olan ölkə heç vaxt məğlub ola, torpaqları uzun müddət erməni tapdağında qala bilməz: “Azərbaycan prezidentinin çıxışlarını ermənilər də izləyir və düşünürlər. Cənab prezident hər zaman vurğulayır ki, Ermənistanı quldur dəstələri idarə edir, artıq erməni ictimaiyyəti bu gün bu reallığı qəbul edir, Köçəryan-Sərkisyan rejiminin quldur dəstələrindən ibarət olduğu haqda geniş müzakirələr aparır və narazılıqlarını bildirirlər.

Hakimiyyətə yeni gələn Nikol Paşinyan isə küçə adamıdır, heç bir liderlik xüsusiyyətlərinə malik deyil, hüquq normalarından məlumatı olmadığı üçün sərsəm bəyanatlar səsləndirir”.

Deputat qeyd edib ki, Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana ona qarşı çıxan qüvvələrin sayı gündən-günə çoxalır: “Onun hakimiyyətdə ömrü uzun deyil. Düşünürəm ki, Paşinyan yaxın zamanda devriləcək.

Ümumilikdə Ermənistanın siyasi meydanında boşluq var. Ölkənin perspektivi barədə düşünən, onu gələcəyə apara biləcək lider yoxdur. Bu, onun göstəricisidir ki, Paşinyan kimi təcrübəsiz, bişməmiş insanlar hakimiyyətə gəlir və bu da Ermənistanı böhrana sürükləyir, insanlar da əziyyət çəkir. Belə liderlərlə Ermənistan uzun gedə bilməyəcək, hətta yer üzündən silinəcək.

Yalnız Azərbaycanla bir masa arxasında oturub məsələləri müzakirə etmək iqtidarında olan ağıllı lider ölkəni bu vəziyyətdən çıxara bilər”.

İnterpress.az