Bu gün Bakının bu ərazilərində su olmayacaqbackend

Bu gün Bakının bu ərazilərində su olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İnterpress.az-a “Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

İnterpress.az