Etimad İsmayılov dəfn edildi – FOTO – VİDEO – YENİLƏNİBbackend

Etimad İsmayılov dəfn edildi – FOTO – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılov dəfn edilib.

İnterpress.az xəbər verir ki, mərhum Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

***

Sentyabrın 19-da İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılov bu dəqiqələrdə son mənzilə yola salınır.

İnterpress.az-ın vida mərasimində iştirak edən əməkdaşının məlumatına görə, mərasim sabiq millət vəkili İlyas İsmayılovun Nardarandakı bağ evində keçirilir. Mərasimə mərhumun doğmaları, yaxınları qatılıb.

Mərhumun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva başsağlığı təziyələrini qəbul edib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul üstündə törətdiyini və ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

Etimad İsmayılov dəfn edildi - FOTO - VİDEO - YENİLƏNİB

İnterpress.az