DİN ötən gün baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydıbackend

DİN ötən gün baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

İnterpress.az xəbər verir ki, məlumatda bildirilib ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri – həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az