Trampdan sensasion məktub: Yaxın aylarda Qarabağda…backend

Trampdan sensasion məktub: Yaxın aylarda Qarabağda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Sputnik Ermənistan xəbər verir ki, məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons verib.

\”Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan – ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır\” — deyə Tramp məktubda bildirib.

Bu arada, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı yayımladığı bəyanatda rəsmi Yerevan və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: \”ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır\”.

İnterpress.az