Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Putinin Azərbaycana səfəri zamanı ciddi razılaşmalar əldə olunacaq”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri sentyabrın 25-27-nə planlaşdırılır.

Dərc edilib: 21 sentyabr 2018 [21:53]
Baxış sayı: 5983

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında bildirib.

"Rusiya prezidentinin Bakıya səfərinin ardından hər iki dövlət başçısı - Vladimir Putin və İlham Əliyev sentyabrın 28-də Düşənbədə keçiriləcək MDB ölkələrinin sammitində iştirak etməyi planlaşdırırlar", - deyə o vurğulayıb.

Dövlət Dumasının Komitə rəhbərinin sözlərinə görə, Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır.

"Hesab edirəm ki, qarşıdakı səfər Rusiya və Azərbaycan arasında ciddi razılaşmalara səbəb olacaq. Bir sıra sahələrdə sənədlər paketinin imzalanacağı gözlənilir", - L.Kalaşnikov qeyd edib. ( report.az )

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 48