İranda hərbi paradda terror zamanı ölənlərin sayı 20-yə yaxındır – FOTO – VİDEO – YENİLƏNİBbackend

İranda hərbi paradda terror zamanı ölənlərin sayı 20-yə yaxındır – FOTO – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

İnterpress.az xəbər verir ki, terror aktı nəticəsində 20-yə yaxın insanın öldüyü bildirilir. Ölənlər arasında 7-sinin hərbçi olduğu vurğulanır.

Eyni zamanda, tanınmaz hala düşən meyitlər arasında qadın və uşaqların da olduğu deyilir.

Terorrçulardan ikisi zərərsizləşdirilib.

Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

İranda hərbi paradda terror zamanı ölənlərin sayı 20-yə yaxındır - FOTO - VİDEO - YENİLƏNİB

İnterpress.az