Aİİ “Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçiribbackend

Aİİ “Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 21 sentyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) “Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçirib.
Seminarda insitututun rəhbər-müəllim heyəti, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycanda dövlət-din münasibətlərindən danışan Aİİ rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunduğunu bildirib.

C.Məmmədov Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların, görüşlərin təşkil edildiyini söyləyib. Dəyirmi masanın din tariximiz, dövlətçiliyimiz baxımından vacib olduğunu vurğulayan C.Məmmədov Azərbaycanda tarixən müxtəlif dinlərin, etiqadların, mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edib. Müasir Azərbaycanda dövlət-din münasibətlərinin nəinki müsəlman ölkələrində, hətta bütün dünyada örnək qəbul edilə biləcəyini söyləyən C.Məmmədov uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşamasının bunun əyani göstəricisi olduğunu vurğulayıb.

ğSonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli mövzuya aid geniş məruzə ilə çıxış edib. D.Əzimli əsasən orta əsrlərdə Azərbaycan ərasizində mövcud olan dövlət-din münasibətlərindən danışıb. Orta əsrlərin dünya tarixində müstəqil dövlətlərin yaranma dövrü olduğunu bildirən tarixçi dövlətin həyatında dinin rolu, Azərbaycan dövlətçilik tarixində bu prosesin necə getdiyi barədə geniş məlumat verib.

D.Əzimli dünya sivilizasiyalarının mərkəzlərindən biri sayılan Azərbaycanın 5 min illik dövlətçilik tarixinin olduğunu, burada zaman-zaman müxtəlif dinlərin yayıldığını bildirib. Dünya tarixində silinməz izlərini qoymuş Azərbaycan dövlətlərinin həyatında dinin rolunu yüksək qiymətləndirən tarixçi bu gün ölkəmizdə türbələrin, pirlərin, qədim tarixi abidələrin çoxluğunu buna əyani sübut kimi göstərib.
Orta əsrlərdə dövlətçilik məsələlərində dini münasibətlərin aparıcı yerdə olduğunu bildirən D.Əzimli bu dövr boyu Azərbaycanda mövcud olmuş, yayılmış, hakim status qazanmış dini cərəyanlar, təriqətlər haqqında geniş elmi izah verib.

Tarixçi, orta əsrlər Azərbaycan dövlətçiliyində təriqətlərin rolunun öyrənilməsini tarixşünaslığımızda yeni bir mərhələ olduğunu və aktuallıq təşkil etdiyini vurğulayaraq, qeyd edib ki, indiyə qədər bir o qədər də diqqətə alınmayan bu sahə dövlətçilik məsələlələrində ciddi rol oynayıb. Azərbaycanda mövcud olmuş ayrı-ayrı dövlətlərin dini-ictimai həyatında müxtəlif təriqətlərin rolundan və təsirlərindən bəhs edən tarixçi Şirvanşahlar dövlətinin həyatında xəlvətiyyə təriqətinin, Bayanduru sülaləsinin yəni Ağqoyunluların hakimiyyəti dövründə sufiliyin böyük nüfuza malik olduğunu qeyd edib. Bildirib ki, sufiliyin daha da yayılması Ağqoyunluların süqutu, Azərbaycan Səfəvilər imperiyasının yaradılması ilə nəticələnib.

Aİİ “Azərbaycan dövlətçilik tarixində din” mövzusunda seminar keçirib

Azərbaycanda Əfşarlar sülaləsi iqtidara gəldikdən sonra dini münasibətlərə xüsusi əhəmiyyət verildiyini, Türk dünyasında yaranan dini parçalanmanı aradan qaldırmaq üçün dini vəhdətin təbliğ edildiyini qeyd edən D.Əzimli: “Azərbaycan Cümhuriyyətinin iqtidarı dönəmində də dini münasibətlərə xüsusi qayğı ilə yanaşılırdı və ölkədə dini dözümlülük mövcud idi. Bu gün Azərbaycan Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında da Cümhuriyyət dönəmindəki dini münasibətlər mövcuddur. Ölkədə dini müəssisələr daima dövlət qayğısındadır” – deyə fikrini tamamlayıb.

İnterpress.az