İranda hərbi paradda terror aktının görüntüləri yayıldı – VİDEO + 18backend

İranda hərbi paradda terror aktının görüntüləri yayıldı – VİDEO + 18

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda hərbi parad zamanı baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 24-ə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın Xuzistan əyalətinin valisinin jurnalistlərə verdiyi açıqlamasında deyilir.

Son məlumata əsasən, İranın Əhvaz şəhərində həyatını itirənlərin sayı 24 nəfərə çatıb. Yaralıların sayı isə 60 nəfərdir.

Terror aktı nəticəsində dünyasını dəyişənlər arasında hərbçilərin, rəsmi şəxslərin, jurnalistlərin və azyaşlıların olduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənubunda yerləşən Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib.

Xatırladaq ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

İnterpress.az