Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası…backend

Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatlar Etimad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən Gözəl Dəmirovun və onun sürücüsünün istintaqa ifadəsinə əsasən mətbuata sızıb.

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, aralarında pul mübahisəsi yaşanmış E. İsmayılovla Gözəl Dəmirov, əvvəlcə, səhər saatlarında Floriyadakı ofisdə görüşüblərmiş.

İddiaya görə, İsmayılov Dəmirovdan ona olan borcuna qarşılıq olaraq, ikinciyə məxsus alış-veriş mərkəzinin səhmlərindən (AVM) bir milyon dollar məbləğində dəyərləndirilən 2%-lik pay istəyib.

Gün ərzində tələb yerinə yetirilmədiyinə görə onlar axşam saatlarında yenidən görüşüblər. Belə ki, səhərki görüşdən sonra G.Dəmirov Yaşılyurddakı evinə gedərək, “Glock” markalı tapançasını götürüb və İsmayılovun ofisinə gəlib.

O, Etimad İsmayılovu başından iki, ürəyindən isə bir güllə yarası ilə qətlə yetirib.

G.Dəmirov ifadəsində deyib ki, o, istədiyi payı vermədiyi üçün Etimad İsmayılovun onu öldürəcəyini düşünüb. Ona görə də İsmayılovdan cəld tərpənərək onu güllələyib.

İnterpress.az