İttihamlara cavab: Telman İsmayılov və bacısı oğlu məşhur müğənnini oğurlatdırıb?backend

İttihamlara cavab: Telman İsmayılov və bacısı oğlu məşhur müğənnini oğurlatdırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı iş açıb.

O, 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilinir.

İnterpress.az \”report\”a istinadən xəbər verir ki, bu barədə TASS məlumat verib.

\”İstintaqın versiyasına görə, 2004-cü ildə Telman və qohumu oğurlamağa cəhd göstərərək Avraam Russonun birgə konsert fəaliyyətinə cəlb etməyə çalışıblar\”, – iş adamının vəkili Marina Rusakova bildirib. Onun fikrincə, bu ittiham absurddur.

M.Rusakova qeyd edib ki, dünən T.İsmayılovun bacısı oğlu Zaur Mərdanov da saxlanılıb və ona qarşı adam oğurluğu maddəsi ilə ittiham irəli sürülüb.

Z.Mərdanov isə 2004-cü ildə müğənni A.Russonun oğurlanması ilə bağlı ittihamları rədd edir.

\”Hüquqlarını qoruduğum müvəkkilimin iş üzrə zərərçəkən kimi çıxış edən Avraam Russo ilə üzləşməsi zamanı o, Mərdənovu bədəninə bur neçə yumruq vurmaqda ittiham edib, amma nəsə tələb etmədiyini, oğurluqda iştirak etmədiyini söyləyib. Müğənninin ifadəsindən göründüyü kimi, adam oğurluğu ilə İsmayılovun mühafizəçiləri məşğul olublar\”, – onun vəkili Aleksey Smirnov bildirib.

Vəkilin sözlərinə görə, Russo ifadəsində mühafizəçilərlə maşına əyləşdiyini, gecəni şəhər kənarındakı evdə keçirdiyini, səhər Telmanın ora gəldiyini, pul verərək üzr istədiyini qeyd edib.

İnterpress.az