Bakı dünyanın təhlükəsiz şəhərlər reytinqində önəmli sırada yer alıbbackend

Bakı dünyanın təhlükəsiz şəhərlər reytinqində önəmli sırada yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sankt-Peterburq və İstanbulu qabaqlayıb.

Azərbaycanın paytaxtı Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb.

İnterpress.az xəbər verir ki,bu barədə məlumat Numbeo tədqiqat portalında yer alıb.

Portalın məlumatına əsasən, Hondurasın San-Pedro-Sula şəhəri dünyanın ən təhlükəli şəhəridir.

Dünya şəhərlərinin 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə tərtib olunan reytinqində ilk beşliyə, həmçinin Venesuelanın Karakas, Papua-Yeni Qvineyanın Port-Morsbi, Braziliyanın Fortaleza və Cənubi Afrika Respublikasının Durban şəhərləri daxil edilib.

Ekspertlər dünyanın ən təhlükəsiz üç şəhəri sırasında Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Doha (Qətər) və Bazelin (İsveçrə) adını çəkiblər.

Siyahıya ümumilikdə 327 şəhər daxildir. Ən təhlükəsiz 41 şəhər arasında yer alan Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sankt-Peterburq və İstanbulu qabaqlayıb. (sputnik.az)

İnterpress.az