Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar varbackend

Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

\”Mercedes\” və \”VAZ-2106\” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər — Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

İnterpress.az