“İnsanlığı olan adamlarla yaşamaq istəyirəm” – Samirabackend

“İnsanlığı olan adamlarla yaşamaq istəyirəm” – Samira

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlığı olan adamlarla yaşamaq istəyirəm. Səhvlərinə gülən, uğurlarına sevinən insanlarla… Öz öhdəliklərini anlayan, üzərinə düşənlərdən qaçmayan insanlarla… İnsani keyfiyyətləri qorumağı bacaran, yalnız həqiqət tərəfində olan, haqqı bilən insanlarla… Bütün bunlar həyatı dəyərli edir”.
İnterpress.az xəbər verir ki, bu sözləri müğənni Samira ƏliMəryəm sosial şəbəkədə yazıb. Sənətçi ətrafına bundan sonra yalnız onu qane edən insanları yığacağını qeyd edib:

“Ətrafımı başqalarının qəlbini fəth etməyi bacaran insanlarla doldurmaq istəyirəm. Həyatın ağır zərbəsindən sonra inkişaf etməyi və incəliyi qoruyan insanlarla…

Mənim məqsədim – yaxınlarımla və vicdanımla finala çatmaq, özümdən razı olmaqdır. Fikirləşirdiniz ki, sizin iki həyatınız var. Amma zaman keçdikcə başa düşürsünüz ki, sizin yalnız bir həyatınız var”.

İnterpress.az