Azərbaycanda bu universitet fəaliyyətini dayandırır – Tələbələr köçürülürbackend

Azərbaycanda bu universitet fəaliyyətini dayandırır – Tələbələr köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.

İnterpress.az xəbər verir ki, bu barədə Təhsil üzrə ekspert Kamran Əsədov məlumat yayıb.

\”Mənə verilən məlumata görə, Bakı İslam Universiteti fəaliyyətini dayandırır. Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb\” – deyə, ekspert bildirib.

Əldə etdiyimiz məlumata görə, sözügedən universitetin tələbələrinin Azərbaycanda yeni fəaliyyətə başlayan İlahiyyat İnstituna köçürüləcəyi bildirilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşıb. Bakı İslam Mədrəsəsi SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17 yanvar 1989-cu il tarixli, 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyətə başlayıb. 1991-ci ilin yanvarında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının qərarı ilə QMİ-nin 14 yanvar 1991-ci il tarixli 2№-li əmrinə əsasən Bakı İslam Mədrəsəsi Bakı İslam İnstitutuna çevrilib. QMİ-nin təşəbbüsü ilə 1992-ci ilin axırlarında Bakı İslam İnstitutu Bakı İslam Universiteti adını alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarına əsasən universitetin yeni adı rəsmən təsdiq olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Eyni Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılıb. Azərbaycan Respublikasında ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olan İlahiyyat İnstitutunun bu ilin sentyabrın 17-də açılışı olub.

Azərbaycanda bu universitet fəaliyyətini dayandırır - Tələbələr köçürülür

Səid Qərib
İnterpress.az