Politoloq: “İrandakı terror milli münaqişələri aktivləşdirə bilər”backend

Politoloq: “İrandakı terror milli münaqişələri aktivləşdirə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, bu regionda terror aktının baş tutması İranda milli zəmində münaqişələrin ərsəyə gəlməsinə təkan verə bilər:

“Hadisələrin gedişatında belə bir məqam var ki, Yəmən tərəfindən Səudiyyə Ərəbistanına hücum edilib. Buradan aydın olur ki, terror qrupları regionda yenidən aktivləşir. Terror sifarişçilərinin konkret məqsədləri var. Terror qrupları da siyasi sifarişləri yerinə yetirirlər. Bu aktivləşmə regionda mənfi mənzərə yaradır. Bu İranda baş verən birinci terror aktı deyil. Düşünürəm ki, bu proseslər davam edəcək”. (sputnik.az)

İnterpress.az