Hərbi ekspert: “ADEX-2018” müdafiə sərgisinin siyasi əhəmiyyəti var”backend

Hərbi ekspert: “ADEX-2018” müdafiə sərgisinin siyasi əhəmiyyəti var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Bakıda sayca üçüncüsü keçirilən bu sərgi bir çox dövlətlərin marağındadır:
“Əvvəlki illərə baxanda həm iştirakçı şirkətlərin, həm də ölkələrin sayı çoxalıb. Azərbaycan və ümumilikdə regionumuz həmin ölkələr üçün böyük maraq kəsb edir. Azərbaycan bu sərgi vasitəsilə hərbi sənaye sahəsində qısa müddətdə əldə etdiyi uğurları nümayiş etdirir. Bununla yanaşı sərginin siyasi əhəmiyyəti də var. Bu sərgi dünyanın başqa ölkələrində keçirilmiş sərgilərdən bir çox parametrlərinə görə fərqlənir”.

Qeyd edək ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. (sputnik.az)

İnterpress.az