Azərbaycan-Rusiya dostluğu regionda sülhün möhkəmlənməsinə kömək edirbackend

Azərbaycan-Rusiya dostluğu regionda sülhün möhkəmlənməsinə kömək edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu hər iki ölkənin liderləri – İlham Əliyev və Vladimir Putin strateji tərəfdaşlıq kimi xarakterizə edirlər. Dövlət başçıları arasında şəxsi münasibətlərin yüksək səviyyədə olması da ölkələrarası əlaqələrin yaxşılaşmasında əhəmiyyətli rol oynayır.

İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri intensivləşməkdədir. Azərbaycan Prezidenti bu ayın əvvəlində Rusiyada səfərdə olub. Soçidə reallaşmış səfər çərçivəsində hər iki ölkə üçün əhəmiyyətli sənədlər imzalanıb.

Doğrudur, Rusiya və Azərbaycan prezidentləri arasında sıx dostluq münasibətlərinin yaranması Ermənistanda qıcıq doğurur. Ancaq rəsmi Moskva və Bakı buna əhəmiyyət vermədən strateji tərəfdaşlıq əlaqələrini daha da gücləndirirlər.

Sentyabrın 27-də isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib. Dünən Prezident İlham Əliyevin həmkarı Vladimir Putinlə təkbətək görüşü olub. Prezidentlər səmimi söhbətlərini çay süfrəsi arxasında davam etdiriblər. Prezidentlər Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılışında da iştirak və çıxış ediblər.

Eyni zamanda, Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Dünən çempionatın sonuncu – səkkizinci günündə qarışıq ­komanda yarışları keçirilib. Azərbaycan ­Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Prezidenti Vladimir Putin, Monqolustan ­Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarını izləyiblər.

Biz bu yarışlara baxarkən 2015-ci ilin iyununda Putinin Bakıda keçirilmiş Birinci Avropa Oyunlarını izləmək üçün paytaxtımıza gəldiyini xatırladıq. Bütün bunlar deməyə əsas verir ki, Rusiya və Azərbaycan arasında dostluq münasibətləri regionda sülhün möhkəmlənməsinə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcək.

Zaur MİRZƏZADƏ,
“Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri