“Ailəlikcə utandıq. Zaur məbləği kimə istəyir versin” – “Toppuş bacı” peşiman oldubackend

“Ailəlikcə utandıq. Zaur məbləği kimə istəyir versin” – “Toppuş bacı” peşiman oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanan \”Bizimləsən\” verilişə gələn aktrisa hətta təngə gələrək, onun üçün yığılan puldan imtina etmək istədiyini də bildirib:

\”Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıta bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir versin. Amma sonra yol boyu bura gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər\”.

Qeyd edək ki, Tünzalənin verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub. Xərçəngdən əziyyət çəkən aktrisa evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığı bildirilib. İnsanlar da Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.

İnterpress.az