Azərbaycan manatı MDB-nin ən sabit valyutası seçilibbackend

Azərbaycan manatı MDB-nin ən sabit valyutası seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”BelaPAN\” tərəfindən 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək aparılan mərkəzi bankların rəsmi məzənnələrinin müqayisəli təhlili göstərir.

Milli valyutanın dollar qarşısında ucuzlaşması baxımından Rusiya hamını qabaqlayır – 13,87% (57,6002 rubldan 65,5906 rubla qədər). İkinci sırada Qazaxıstan (9,25%) qərarlaşıb – 332,33 təngədən 363,07 təngəyə qədər.

Dolların kursu Türkmənistanda dəyişməyib (3,50 manat), Azərbaycanda 0,01% (1,7001 manatdan 1,7 manata qədər), Ermənistanda 0,29% (484,10 dramdan 482,71 drama qədər), Özbəkistanda 0,50% (8120,07 sumdan 8079,28 suma qədər) və Moldovada 1,38% (17,1002 leydən 16,8637 leyə qədər) aşağı düşüb. (report)

İnterpress.az