İndoneziya: Zəlzələ və sunamidə ölənlər kütləvi qəbirlərdə dəfn olunurbackend

İndoneziya: Zəlzələ və sunamidə ölənlər kütləvi qəbirlərdə dəfn olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəlakət, Sulawesi adasını viran edib və nəticədə azı 844 insanı ölüb.

Təbii fəlakətdən dörd gün keçməsinə baxmayaraq hələdə bəzi uzaq ərazilərlə əlaqə saxlamaq mümkün deyil.

Ağır qaldırıcı avadanlıqların olmaması xilasedicilərin xarabalıqlarda qalan insanlara çatmasına mane olur.

\”Əlaqələr məhduddur, ağır maşınlar məhduddur … olan avadanlıqlar da, dağılmış binaların saylarına görə kifayət deyil\”, deyə Milli Təbii Fəlakət Təmizləmə Agentliyinin sözçüsü Sutopo Purwo Nugroho deyib.

Jurnalistlər bildirib ki, xilas olanların bəziləri ərzaq, su və yanacaq üçün dükanları yarıblar.

Reuters xəbər agentliyi bildirir ki, polis oğurluğun qarşısını almaq üçün yardım konvoylarını müşayiət edir.

Prezident Joko Widodo beynəlxalq yardım təkliflərini alqışlayıb.

Eyni zamanda, hökumət rəsmiləri bildiriblər ki, zəlzələnin baş verdiyi bölgədə üç həbsxanadan təxminən 1200 məhkum qaçıb.

Nə kütləvi qəbirlər?

Hakimiyyət orqanları deyirlər ki, onlar çürümüş orqanların yaratdığı xəstəliklərin qarşısını almaq istədiklər.

Palu təpəsi yaxınlarındakı ərazidə 1300 qurbanı dəfn etmək üçün kütləvi məzar hazırlanması üçün könüllülərə təlimat verilib.

Ancaq bir çox insanlar hələ də itkin düşmüş yaxınlarının axtarışındadırlar.

Adi AFP-ə bildirib ki, tsunami zamanı o Palu sahilində həyat yoldaşını qucaqlayıbmış və ondan bəri onu görməyib.

\”Dalğa gəldikdə mən onu itirdim\” deyib. \”Mən təxminən 50 metr apardım, bir şey tuta bilmədim.\”

Cümə günü 7,5 bal gücündə zəlzələ nəticəsində çökmüş binaların dağıntıları altında çoxlu insanın qaldığı xəbər verilir, agentliyin sözçüsü Sutopo Purwo Nugroho mətbuat konfransında bildirib.

Zəlzələ dənizdə dalğanın hündürlüyü 6m olan tsunaminin yaranmasına səbəb olub.

Ölkənin vise-prezidenti Jusuf Kalla deyib ki, ölənlərin sayı yekunda minlərlə ölçülə bilər.

Palu şəhərində xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq üçün qazılntı işlərini xüsusi avadanlıq olmadan aparırlar.

\”Ərazini dağıtıntılardan təmizləmək üçün ağır texnikaya böyük ehtiyacımız var. Xilasedicilər ərazidə axtarış işlərini davam edirlər, lakin texnika olmadan bu işin öhdəsindən gəlmək çətindir\”, – Milli Axtarış-Xilasetmə agentliyinin rəhbəri Muhammad Syaugi AFP agentliyinə bildirib.

Qırmızı Xaç komitəsinin təxminlərinə görə, zəlzələ və tsunaminin təsirinə məruz qalmış zərərçəkənlərin sayı 1,6 milyondan çox ola bilər.

Tsunamidən özündən sonra dağıntı və xarabalıq qoyub gedib.
Əhalisi 335,000 nəfərədək olan Palu şəhərində xeyli sayda adam itkin düşmüş sayılır.

Sağ qalan camaat, rəsmilərin evlərə qayıtmamaq barədə etdiyi xəbərdarlıqdan sonra, şənbədən bazar gününə keçən gecəni açıq havada geçəliyib.

7,5 bal gücündə olan zəlzələ cümə günü Sulawesi adısandan 10km aralıda, dənizdə yerli vaxtla 18:03-də (14:03 Bakı vaxtı ilə) baş verərək, tsunaminin yaranmasına təkan verib.

Təbii fəlakət baş verən zaman xeyli sayda insan Palu şəhərinin dənizkənarı zolağında olub – festivala hazırlıq görən insanlar qəflətən təbii fəlakətin zərbəsinə məruz qalıblar.

Zələzələ nəticəsində yaşayış evlərilə yanaşı ticarət mərkəzi, məsçid, mehmanxana və körpü dağıdılıb. (bbc)

İnterpress.az