Növbəti iki günün hava proqnozu açıqlanıbbackend

Növbəti iki günün hava proqnozu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova İnterpress.az-a açıqlamasında bildirib ki, oktyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir: “Mülayim çənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.

G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu 23-27 dərəcə arası dəyişəcək.

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: “Lakin ayın 3-dən etibarən bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimal olunur”.

İnterpress.az