Şamaxı RTŞ-nın müdirindən şikayət: Məktəblərdən pul yığılır?backend

Şamaxı RTŞ-nın müdirindən şikayət: Məktəblərdən pul yığılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a rayon ziyalıları şikayət məktubu ünvanlayıblar. Onların bildirdiyinə görə, Şamaxı RTŞ-nin müdir Eyvaz Eminalıyev özünəməxsus \”taktiki\” dəyişikliklər edərək xərac toplamağa başlayıb .Eyvaz Eminalıyev əvvəllər də əlaltılarının vasitəsilə məktəb direktorlarının istismar edilməsində Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımova yaxından köməklik edib. Adı bir çox qalmaqallarda hallanan Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qasım Qasımov və Eyvaz Eminalıyevin əməlləri Şamaxıda hər kəsdə narahatlıq yaradıb.

Şikayətçilərin iddialarına görə, o,məktəb direktorlarını RTŞ-yə çağırıb və onun rəhbərliyi altında işləmək istəyənlərə yeni \”qiymətlər\” açıqlayıb.

Bundan başqa şikayətçi ziyalılar iddia edir ki, Eyvaz Eminalıyev kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında paralel siniflərin yaradılmasını da təşkil edir.

Yeni \”dəyişikliyə\” görə, indi artıq \”aylıqlar\” inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir.

Şikayətçilərin bildiriblər ki, kontingentindən asılı olaraq kiçikli-böyüklü bütün məktəblərə \”aylıq hesab\” qoyulub. İddiaya görə, hər məktəbdə 3-5 texniki işçi ştatının əmək haqlarının da Eyvaz Eminalıyevə verilməsi tapşırılıb.

Bu səbəbdən də narazı ziyalılar Prezidentə və Baş Prokurora müraciət edəcəklərini bildirirlər.

Bununla bağlı Cəlilabad RTŞ-nin müdiri Eyvaz Eminalıyevə əlaqa saxlamaq cəhdimiz baş tutmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az