Şirkətlərdən pul yığdığı deyilən Arif Quliyev: “Toppuş bacı”ya canım qurban”backend

Şirkətlərdən pul yığdığı deyilən Arif Quliyev: “Toppuş bacı”ya canım qurban”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor heç şəxsi problemlərinə görə kiməsə ağız açmadığını deyib:

“Hansısa şirkətin əməkdaşları gəlib mənimlə üzləşsin və desin ki, onlardan pul istəmişəm, ya yox? Özüm əməliyyat olunmuşam, həyat yoldaşım ağır hepatit xəstəsidir, amma heç kimə ağız açmamışam. Hətta Zaur bir dəfə mənə dedi ki, qoy efirdən xanımınızın xəstə olduğunu deyək, icazə vermədim ki, ayıbdır, mənə yaraşmaz. Onsuz da dövlət mənə kömək etdi. Bir dəfə efirdə dedim ki, özüm haqqında film çəkmək istəyirəm, heç yarım qəpik də gətirib verən olmadı. Mənə kimdənsə pul istəmək ayıb olar. “Toppuş bacı”ya da canım qurbandır, pul yığmaq mənə yaraşmaz”.

Qeyd edək ki, “ölkə.az”ın məlumatına görə, aktyor özü şəxsən bir neçə şirkətə gedərək rəhbər şəxslərlə görüşmək istədiyini deyib.

İnterpress.az