Makqreqor Nurmaqomedovu alçaq siçovul adlandırdıbackend

Makqreqor Nurmaqomedovu alçaq siçovul adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Makqreqor Nurmaqomedovu param-parça olanədək döyəcəyini bildirib.

“Həyatım boyu UFC titullarını qazanmaq üçün mücadilə etmişəm. Çox şeyi qurban verdim, lakin onları əlimdən aldılar. İndi mən qələbələrə çox acam və əsl kralın kim olduğunu göstərmək üçün qayıtdım”, – deyə o vurğulayıb.

Makqreqor əlavə edib ki, Həbiblə döyüş onun üçün adi döyüşlərdən çox vacibdir:

“Həbib alçaq siçovuldur. Hamımız bilirik ki, onun ətrafında olan insanlar necədir və özlərini necə aparırlar. İnanın, bu düşmənçilik döyüşdən sonra da bitməyəcək. Onların hər biri küçədə çevrilməyə, danışdıqlarına və etdiklərinə diqqət etməyə, gözləri açıq yatmağa məcbur olacaq”.

Qeyd edək ki, Makqreqorla Nurmaqomedovun döyüşü oktyabrın 6-da Las Veqasda keçiriləcək. (oxu.az)

İnterpress.az