Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirəcəkbackend

Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 08:40-da start götürəcək.

C qrupunda yer alan milli hazırda 3 xalla 4-cü pillədə qərarlaşıb. Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8, 3-cü yerdəki Tailandın 6 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Korya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.

Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu oktyabrın 4-də Tailanda qarşı keçirəcək. (report)

İnterpress.az