ABŞ-dan növbəti rahib Branson açıqlamasıbackend

ABŞ-dan növbəti rahib Branson açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Bransonun oktyabr ayında sərbəst buraxılacağı iddialarına münasibət bildirib.

İnterpress.az xəbər verir ki, Nauert bu iddianı təsdiq etməyib: \”Ancaq biz qəti şəkildə Bransonun bir an əvvəl ABŞ-a qayıtmasını istəyirik. Onsuz da bu, çox gecikdi\”.

Nauert bildirib ki, Türkiyə hökuməti ilə bu barədə yaxın təmas qurmağı davam etdirəcəyik.

O, rahib Bransonun 12 oktyabrda bir məhkəməsinin olacağını da xatırladıb.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. (sputnik.az)

İnterpress.az