Diaspor Lideri: Biz azərbaycanlıyıq, milli ləyaqətimizi qoruyub saxlamalıyıq – VİDEObackend

Diaspor Lideri: Biz azərbaycanlıyıq, milli ləyaqətimizi qoruyub saxlamalıyıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Diaspor.az-a istinadən Rusiya Federasiyası Kom Respublkasında Azərbaycan diaspora təşkilatının qurucusu Həsən Qasımovla müsahibəni təqdim edirik.

Həsən Qasımov uzun illər ərzində həyata keçirdiyi diaspora fəaliyyəti, ümumillikdə bugünkü diasporamızın problemləri barədə fikirlərini dilə gətirib.

Qeyd edək ki, Həsən Qasımov 16 mart 1957-ci ildə Yardımlı rayonun Peştəsər kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta məktəbdə təhsil alıb.1974-cü ildə hərbi xidmətə yollanıb.

1976-cı ildə Axundov adına Rus dili ədəbiyyat institutuna daxil olub.

Ali məktəbi bitirdiktən sonra təyinat üzrə Salyan, Şirvan rayonlarında rus dili və ədəbiyyat müəllimi kimi çalışıb.

1996-cı ildə Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərinə köçüb.1997-ci ildə Komi Respublikası üzrə \”Azərbaycan\” cəmiyyətinin əsasını qoyub və həmin təşkilatın indiyə qədər sədri vəzifəsində çalışır.Müsahibələrin birində Həsən Qasımov qeyd etmişdir:

\”Əsas məqsədimiz Azərbaycanın dilini, dinini, mədəniyyətini və milli adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir. Bizim bundan böyük məqsədimiz ola bilməz və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı doğma Vətəninin sərhədini keçərkən öz şəxsi maraqlarından əvvəl xalqını, dövlətini düşünməlidir. Biz bütün yığıncaqlarımızda dəfələrlə qeyd edirik ki, harada yaşamağımızdan, işləməyimizdən, tutduğumuz mövqedən asılı olmayaraq biz azərbaycanlıyıq və milli ləyaqətimizi qoruyub saxlamalıyıq\”
2015-ci ilin aprel ayında Komi Respublikasının Uxta şəhərində erməni diasporu qondarma “erməni soyqırımı\”nın 100 illiyinin respublika səviyyəsində keçirilməsi üçün Şəhər Şurasında məsələ qaldırıb. Amma 15 ildən çoxdur Komidə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri, Uxta Şəhər Şurasının üzvü Həsən Qasımov və cəmiyyətin digər fəallarının məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib.

Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının qondarma \”erməni soyqrımı\” ilə bağlı mövqeyini pisləyib və belə bir yanaşmanın din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib. H.Qasımov Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin həqiqəti əks etdirməyən və l Dünya müharibəsinin real tarixi hadisələrini təhrif edən qərar olduğunu da qeyd edib.

İnterpress.az