Vəhşi heyvanları qadın südü ilə bəsləyən qəbilə…backend

Vəhşi heyvanları qadın südü ilə bəsləyən qəbilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qəbilə hazırda soylarının tükənməsi təhlükəsi ilə qarşı-qarşıyadır. Müasir dünyadan uzaq duran qəbilə meşədə təbiətin təbii ehtiyatlarına güvənərək yaşamlarını sürdürürlər. Bu qəbilə ilə yaxından tanış olmaq şansına çox az adam sahib olub.

Məşhur təbiət fotoqrafı Çarli Hamilton Ceyms bu qəbilə ilə vaxt keçirmək və onları fotolarını çəkmək fürsətini yaxalaya bilib. Çəkdiyi fotoları “National Geographyc” jurnalına təqdim edən fotoqrafın əl işləri bu ay sərgilənib.

Braziliyanın Moranhao əyalətidə yaşayan bu qəbiləyə xas olan maraqlı xüsusiyyətlərdən biri onların tısbağalar ilə çimməsidir. Qəbilənin hər bir üzvü çayda çimərkən özləri ilə bir və ya daha çox tısbağanı suya salırlar.

Daha bir maraqlı xüsusiyyətləri onların qidalanma tərzləridir. Sərt qabıqlı bir böcək növü sayılan armadillanı qəbilənin kişiləri ovlayır, qadınları isə yemək üçün bişirir. Bu qəbilə bir çox vəhşi, yırtıcı heyvanlara sahiblənərək onları əhliləşdirirlər.

Hətta qəbilənin qadınları bu heyvanları körpə vaxtlarından öz südləri ilə bəsləyirlər. Ailə “AVA” qəbiləsi üçün çox önəmlidir.

Bəsləyib-böyütdükləri heyvanları əsla yemirlər, onları da ailələrinin bir fərdi olaraq görürlər.

Ortalama təxminən 400 nəfərdən ibarət olan bu qəbilənin 60 nəfəri qəbilə xaricinə çıxmayıb və müasir dünyanın insanları ilə heç vaxt təmasda olmayıb. (musavat)

Vəhşi heyvanları qadın südü ilə bəsləyən qəbilə...
Vəhşi heyvanları qadın südü ilə bəsləyən qəbilə...

İnterpress.az