Neftin qiyməti sürətlə artır – Manat bahalaşacaq?backend

Neftin qiyməti sürətlə artır – Manat bahalaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sentyabr ayında dolların satışı azalıb: \”Bu ilin sentyabr ayında valyuta hərraclarında 394,8 milyon dollar satılıb. Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb. Sentyabrda dollara satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr. Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb\”.

İqtisadçının sözlərinə görə neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir: \”Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır. Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamaqa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır\”.

İnterpress.az